Siyasət

Türkiyə MSK sədri: “Səslərin 91,93 faizi sayılıb, Ərdoğan 49,49 faizlə liderdir” – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kemal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.

02:42

Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener jurnalistlərə bildirib ki, ölkə daxilindəki sandıqların 89,97%-i, xaricdəki səsvermədəki sandıqların isə 30,8%-i açılıb. Ümumi açılan sandıq həcmi 87,13%-dir.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

01:04

Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində ölkə daxilində verilən səslərin 71,64%, xaricdə verilənlərin isə 18,76%-i sayılıb.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

Ümumilikdə səslərin 69,12%-i hesablanıb. O, səslərin hesablanmasında gecikmə olmadığını vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir