Siyasət

Rusiyalı nazir: “Heydər Əliyev Həştərxan vilayəti ilə təhsil sahəsində əməkdaşlığın əsasını qoyub”

Sharing is caring!


“Rusiyanın Həştərxan vilayətinin Təhsil Nazirliyi Azərbaycanla təhsil sistemində ümumi yanaşmaların hazırlanması istiqamətində iş aparır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Həştərxan vilayətinin təhsil və elm naziri Yeqor Uqarov deyib.

“Heydər Əliyev liderlərimizlə birlikdə təhsil sahəsində əlaqələrimizin əsasını qoyub. Bu illər ərzində həyata keçirilən işlər, o cümlədən Azərbaycan ilə tələbə mübadiləsi və Heydər Əliyev adına məktəbin fəaliyyəti münasibətlərimizi inkişaf etdirməyə imkan verir”, – o bildirib.

Y.Uqarov əlavə edib ki, hazırda təhsil sisteminə, kadr hazırlığı sisteminə, diplomların qarşılıqlı tanınmasına və Azərbaycanla ümumi təlim proqramlarının formalaşdırılmasına vahid yanaşmaların işlənib-hazırlanması istiqamətində işlər aparılır:

“Bütün bunlar əməkdaşlığın əsaslarının Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulması sayəsində mümkün olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir