Siyasət

Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib – FOTO

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Oxu.Az-ın məlumatına görə, ziyarət zamanı hakimlərə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Hakimlər Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir