Siyasət

Həştərxanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert baş tutub

Sharing is caring!


Həştərxanda Azərbaycanın və Həştərxan vilayətinin incəsənət ustalarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

“Report”un xəbərinə görə, tədbirin açılışında Heydər Əliyevin regionlararası əlaqələrin, xüsusən də Rusiyanın Həştərxan vilayəti ilə əlaqələrin inkişafında böyük rolu vurğulanıb.

Həmçinin qeyd olunub ki, Həştərxan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirir və ona hörmətlə yanaşır – onun xatirəsinə konsertlər, müsabiqələr, konfranslar və digər tədbirlər keçirilir.

Konsertdə Azərbaycan və rus dillərində mahnılar səsləndirilib, Azərbaycan və Rusiyanın folklor qrupları milli rəqslərlə çıxış ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir