Siyasət

Aİ Şurası Ermənistan-Azərbaycan danışıqları ilə bağlı bəyanat yaydı

Sharing is caring!


Avropa İttifaqı Şurası Cənubi Qafqazda sülh prosesi çərçivəsində aparılan Ermənistan – Azərbaycan danışıqlarına dair bəyanat yayıb.

Sənəddə bildirilir ki, Şuranın prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini davam etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə daim sıx əlaqə saxlayır.

Qeyd olunur ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüş formatında yenidən toplanmağa razılaşıblar.

“Müzakirələr həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşlərlə də davam etdiriləcək. Liderlər həmçinin Brüssel görüşlərini zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar”, – deyə bəyanatda vurğulanır.

Bundan əlavə, bəyanatda prezident Mişelin 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğu ifadə edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir