Siyasət

Sədr: “Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında münasibətlər bu gündən etibarən daha da güclənəcək”

Sharing is caring!


“Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətləri bu gündən etibarən daha da güclənəcək. Habelə, bu müzakirələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmələrdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətlərin aradan qaldırılması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Dialoq Platforması” çərçivəsində Vəkillər Kollegiyası ilə keçirilən görüşdə deyib. O qeyd edib ki, Ali Məhkəmə tərəfindən vəkillərin üzləşdiyi problemlərin araşdırılması və həlli istiqamətində atılan addım təqdirəlayiqdir:

“Vəkillərin aparılan məhkəmə-hüquq islahatlarında rolu və tədbirin formatını nəzərə alaraq, biz əvvəlcədən bütün vəkillərə müraciət etmişik və görüşdə iştirak etməyən vəkillərin təklifləri də ümumiləşdirilmiş formada Ali Məhkəməyə təqdim olunacaq. Məhkəmələrdəki problemlərdən, qanunvericilikdəki boşluqlardan vəkillər daha çox məlumatlıdırlar. Çünki onlar gün ərzində bir neçə dəfə məhkəmə prosesində olur, ədalət mühakiməsinin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər. Bu baxımdan, hesab edirəm ki, bugünkü görüşümüz, müzakirələr çox faydalı olacaq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir