Siyasət

Ədalət və İnkişaf Partiyası Azərbaycana təşəkkür edib

Sharing is caring!


“Türkiyə yeni dövrə başlayır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin ötən yüz ili təkcə Türkiyə yox, dost və qardaş ölkələr başda olmaqla bütün dünya üçün əhəmiyyətlidir:

“Ona görə də bütün dünya seçkilər prosesini diqqətlə izləyir. Dost və qardaş ölkələrin diqqətini müşahidə edirik. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyədəki seçkiləri Azərbaycandakı seçkilər kimi diqqətlə izləyir. Onlar Azərbaycanın gələcəyinin Türkiyə ilə yaxından bağlı olduğunu əsas götürərək seçkiləri diqqətdə saxlayırlar”.

N.Kurtulmuş söyləyib ki, Türkiyədə olan azərbaycanlı deputatlar, jurnalistlər seçkilərə dəstək verirlər:

“Buna görə də hakim partiyanın sədri Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm, bu seçkilərin nəticəsində təkcə Türkiyə yox, həm də Azərbaycan güləcək və biz daha güclü region üçün mübarizə aparacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir