Siyasət

Ekspert: “İrəvan regionda vəziyyəti qəsdən gərginləşdirir”

Sharing is caring!


“İrəvan regionda vəziyyəti qəsdən gərginləşdirir, onun hərəkətləri sabitliyin pozulmasına gətirib çıxarır və sülhün əldə olunmasını ləngidir”.

Bunu “Report”a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Azərbaycan ilə Ermənistan arasında şərti sərhəddə növbəti təxribat rəsmi İrəvanın regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş siyasətinin davamıdır. İndi İrəvan Avropa İttifaqının (Aİ), daha konkret desək Fransanın dəstəyinə arxalanır. Rusiya sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycan ilə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı öhdəlik götürüb. İrəvan öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, Ermənistan artıq 2 ildən çoxdur ki, bu cür davranış nümayiş etdirir, bununla da özünün strateji tərəfdaşı olan Rusiyanı çətin vəziyyətə salır.

“İrəvan qəsdən vəziyyəti gərginləşdirir. Əgər əvvəllər Ermənistan KTMT-ni hərəkətə keçməyə çağırır, təşkilatı müdaxiləyə təhrik edirdisə, indi bütün səylər Aİ-nin bu ölkədəki missiyasına yönəlib. Rusiya və Türkiyə məsələnin diplomatik yolla həlli üçün səylərini əsirgəməyəcək, lakin bunun üçün başqa üsullara da əl ata bilərlər”, – deyə ekspert bildirib.

Onun fikrincə, İrəvan özünə yeni “sahib” tapmağa və “bir əldə iki qarpız” tutmağa çalışır:

“Rəsmi Moskva xüsusən də Rusiya sülhməramlılarının olduğu bir regionda bu cür təxribatları bağışlamayacaq. Ermənistanın davranışları Rusiya sülhməramlı kontingenti üçün təhlükə yaradır. Ermənistana Aİ missiyasının gəlməsindən sonra bu ölkədə sülhməramlıların çıxarılması tələbi ilə tez-tez mitinqlərin keçirilməsi müşahidə olunur”.

Ekspert qeyd edib ki, Azərbaycan güclü ölkədir və bu məsələnin həlli üçün hələ də diplomatik addımlar atır. “Amma bir şey aydındır ki, Azərbaycan regionda İkinci Qarabağ müharibəsinə qədər 30 ilə yaxın davam edən “süst” vəziyyətin yaranmasına imkan verməyəcək”, – deyə Mixaylov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir