Siyasət

Ermənilərin növbəti feyk kampaniyası: Azərbaycan səfiri həqiqəti ortaya qoydu – FOTO

Sharing is caring!


Ermənistan KİV-də Azərbaycana qarşı böhtan və feyk xəbər tirajlamaq kampaniyası səngimək bilmir.

Belə ki, erməni mətbuatında növbəti belə saxtakarlığın ünvanı Niderland, hədəfi Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov olub.

Erməni mediası iddia edib ki, “Niderland parlamentində azərbaycanlı diplomatı görmək istəməyiblər”.

Erməni mətbuatı özünəməxsus riyakarlıqla həmişə olduğu kimi faktların təhrif edilməsi ilə məşğul olub.

Əslində isə planlaşdırılan bir görüş həqiqətən texniki səbəblər ucbatından baş tutmayıb. Əvəzində isə burada altı görüş keçirilib.

“Komitə ilə texniki səbəblərə görə baş tutmayan bir görüş əvəzinə Niderland parlamentinin hər iki palatasını təmsil edən 6 siyasi partiyanın fraksiya üzvləri ilə altı fərdi görüş keçirildi”, – deyə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev məsələyə münasibət bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir