Siyasət

Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib – YENİLƏNİB + FOTO

Sharing is caring!


Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

11:26

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana rəsmi səfərə gedir.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan liderinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşü gözlənilir. Prezidentlərin ölkələr arasında ikitərəfli strateji əməkdaşlığın inkişafını müzakirə edəcəkləri bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir