İdman

“Qarabağ” Lunyovla yeni müqavilə imzalamaq istəyir

Sharing is caring!


“Qarabağ” klubu Andrey Lunyovla yeni müqavilə imzalamaq istəyir.

Bu barədə rusiyalı qolkiperinin maraqlarını təmsil edən Anton Smirnov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq klubun nümayəndələrindən Lunyovla bağlı təklif daxil olub.

“Biz indi yeni sazişin şərtlərini müzakirə edirik”, – deyə Smirnov əlavə edib.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3 (ümumi 6:5)) olsa da, 1/8 finala yüksəlib. UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilərinə görə, Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır (37 “seyv”).

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayından azad agent kimi keçdiyi “Qarabağ”da çıxış edir. Klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 32 yaşlı qolkiper Azərbaycan klubunun tərkibində 22 oyun keçirib. Qapıçı bundan əvvəl “Bayer”, “Zenit”, “Ufa” və digər komandalarda çıxış edib.

“Transfermarkt” portalında verilən məlumata görə, Lunyovun bazar dəyəri 1 milyon avrodur (1,8 milyon manat).

Mənbə: RB Sport

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir