Siyasət

Tokayev: “Qazaxıstanla Azərbaycan arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb”

Sharing is caring!


“Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib.

Bu əməkdaşlığın əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini vurğulayan Kasım-Jomart Tokayev deyib:

“Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir