Siyasət

Bosniya və Herseqovinanın sabiq baş naziri: “Azərbaycan qarşısına iddialı məqsədlər qoyub”

Sharing is caring!

“Azərbaycan qarşısına iddialı məqsədlər qoyub”.

“Report” xəbər verir ki, bunu Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, neft və qazla zəngin ölkə olan Azərbaycan öz qarşısına bərpa olunan enerji mənbələrini də inkişaf etdirmək vəzifəsi qoyur.

Pandemiyanın fəsadlarına toxunan Bosniya və Herseqovinanın sabiq baş naziri qeyd edib ki, Azərbaycan COVID-19-dan ölüm səviyyəsinin aşağı olan ölkələrdəndir:

“Digər ölkələrdə COVID-19-dan ölüm halları Azərbaycan ilə müqayisədə dəfələrlə çox olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir