Siyasət

Ukraynada vəziyyət gərginləşir: Ölkəyə yeni silahlar gətirilir – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Nikolayev və Xerson hər gün intensiv olaraq raket və yaxınmənzilli mərmi atəşinə məruz qalır.

Həmçinin qeyd edilib ki, Donetsk vilayətinin Baxmut şəhərində vəziyyət gərgin olaraq davam edir.

O da bildirilib ki, Ukraynaya yeni silah və tankların gətirilməsindən sonra Baxmutun taleyinin dəyişəcəyi deyilir.

“Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi gətirilib. Bundan başqa, “Leopard” tipli tankların da martın ilk ongünlüyündə ölkəyə çatdırılacağı bildirilir. Hərbi ekspertlərin sözlərinə görə, bu tankların ölkəyə gətirilməsi cəbhədə ciddi dönüş yaradacaq”, – deyə jurnalist əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir