Cəmiyyət

AZAL qadınları 8 Mart münasibətilə təbrik edib – FOTO

Sharing is caring!

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) xanım sərnişinləri üçün xüsusi bayram ab-havası hazırlayıb. Bu gün Azərbaycan aviaşirkətlərinin reyslərində səyahət edən gözəl qadınların hər biri təyyarə göyərtəsində çiçəklə, eləcə də pilotların səmimi arzuları ilə təbrik edilib.

Lakin bayram əhvali-ruhiyyəsi yalnız göydə yaradılmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda güllərlə bəzədilmiş qeydiyyat masaları da sərnişinlərə xüsusi bayram ab-havası bəxş edib.

AZAL bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və “Azərbaycan Hava Yolları” ilə xoş səyahətlər arzulayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir