Siyasət

“Ziyalıların güllələnməsində əli olan erməniləri ifşa etdiyi üçün Heydər Əliyevə ciddi təzyiqlər olub” – VİDEO

Sharing is caring!

“Ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləməyə başladığı ilk günlərdən onun əsas maraq dairəsi repressiya illərində azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərin araşdırılması olub. Ulu öndər arxivləri qaldırıb, azərbaycanlı ziyalıların güllələnməsi, sürgün edilməsində iştirak edən üçlüklərin siyahısını hazırlayıb. Məlum olub ki, xalqımıza qarşı amansız cinayətlər törədən bu üçlüklərin əksəriyyəti milliyyətcə ermənidir”.

Bu fikirləri “Trend” BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının veteranı, Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı, polkovnik Azər Qarayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev bununla bağlı odövrkü Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Atakişiyevə məruzə edib.

“Təkidlə bildirir ki, bu şəxslərə cinayət işi qaldırmaq lazımdır. Sədr müavini isə bu təklifi müsbət qarşılamır, Heydər Əliyevə etiraz edir və irad bildirir. Hətta məsləhət görür ki, belə işlərdən uzaq olsun, karyerasını təhlükəyə atmasın, amma Heydər Əliyev prinsipiallıq göstərir, bir müddət sonra təkrarən rəhbərliyin qəbulunda olur və erməni millətindən olan həmin şəxslərin cəzalandırılmasını israr edir. Buna görə onu işdən uzaqlaşdırırlar, amma bir neçə ay sonra səhv etdiklərini anlayır, onu yenidən xidmətə qaytarırlar, çünki, Heydər Əliyev olduqca peşəkar, öz işinin öhdəsindən layiqincə gələn əməkdaş idi. Yəni, ulu öndər harada və hansı vəzifədə işləməsindən asılı olmayaraq daim öz xalqına, dövlətinə sadiq insan olub. Həmişə Azərbaycan xalqının təəssübünü çəkib”, – deyə A.Qarayev bildirib.

A.Qarayev bildirib ki, DTK-da çalışdığı illərdə artıq Heydər Əliyevin iş metodu, onun peşəkarlığı, yüksək təcrübəsi ittifaq miqyasında böyük marağa və yaxşı mənada əks-sədaya səbəb olmuşdu.

“Bu səbəbdən Heydər Əliyev mərkəzi rəhbərliyin göstərişi ilə ittifaqa daxil olan respublikalara ezam olunur, orada xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşür, mühazirələrlə çıxış edir, təcrübəsini bölüşürdü. Milliyyətcə azərbaycanlı olan bir şəxsin rus dilində səlis nitqi, unikal peşəkarlığı onun ittifaq miqyasında nüfuzunu durmadan artırırdı”, – deyə A.Qarayev əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir