Siyasət

Maldiv XİN rəsmisi: “Azərbaycana maliyyə yardımına görə təşəkkür edirik”

Sharing is caring!

“Azərbaycana Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək üçün 1 milyon ABŞ dolları maliyyə ayırdığına görə təşəkkür edirik”.

“Report” xəbər verir ki, bunu Maldiv Xarici İşlər Nazirliyinin xarici əlaqələr katibi Əhməd Lətif Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

“Maldiv adaları pandemiyanın mənfi nəticələrini hiss etsə də, bu il turizm sektorunu tam bərpa edərək, onu pandemiyadan əvvəlki səviyyəyə çatdırıb”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir