Siyasət

Atlantik Universitetinin direktoru: “Azərbaycan dünya dövlətləri arasında həmrəylik siyasətini dəstəkləyir”

Sharing is caring!

“Afrique & Partage” beyin mərkəzinin prezidenti, Atlantik Universitetinin baş direktoru, jurnalist, politoloq və professor Kristian Qambottinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən bəhs edən “Afrika və Qoşulmama Hərəkatı ölkələri” sərlövhəli məqaləsi dərc olunub.

Məqalənin girişində hərəkatın tarixi haqqında qısa məlumat verilir.

Məlumatda qeyd olunur ki, Qoşulmama Hərəkatının ilkin formalaşması istiqamətində mühüm addım 1961-ci ildə Yava adasının qərbində, İndoneziyanın Bandunq şəhərində 30 ölkəni birləşdirən konfrans oldu. 

Bildirilib ki, Qoşulmama Hərəkatı 1947-91-ci illərdə dünyanı idarə edən iki fövqəldövlətin (ABŞ və SSRİ) qarşıdurması, soyuq müharibə zamanı yaradılmış beynəlxalq təşkilatdır:

“Beləliklə, ikiqütblü dünyada Qərb blokuna və ya Şərq blokuna qoşulmaqdan imtina edən dövlətlər milli müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün birləşmək qərarına gəlirlər”.

Məqalədə vurğulanır ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

“Beləliklə Qoşulmama Hərəkatı öz legitimliyini daha da möhkəmləndirir”, – müəllif qeyd edir.

Müəllif xatırladır ki, Azərbaycan Respublikası 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməyə başlayıb:

“Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hərəkatın ruhunu bərkitməyə, Qoşulmama ideyasının təbliğinə çalışır”.

Məqalədə Azərbaycanın coğrafi baxımdan müasir geosiyasi, geoiqtisadi və geostrateji maraqların toqquşduğu məkanda yerləşdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazda yerləşən, siyasi, etnik, dil və mədəni müxtəliflik diyarı olan Azərbaycan dövlətlər və formalaşmaqda olan yeni bloklar arasında həmişə sülh və iqtisadi əməkdaşlıq naminə balanslı diplomatiyasını inkişaf etdirib. 

Müəllif yazıda iddia edir ki, Azərbaycan dünya dövlətləri arasında həmrəylik siyasətini dəstəkləyir.

Məqalədə, həmçinin İlham Əliyevin COVID-19-la mübarizə çərçivəsində həyata keçirdiyi fəaliyyətə toxunulub.

“Azərbaycanın təşəbbüsü ilə BMT varlı olmayan ölkələrə COVID-19-a qarşı peyvəndlər paylayıb. Prezident İlham Əliyev pandemiya başlayandan indiyə kimi bu məsələni dönə-dönə gündəmə gətirib, BMT-nin trubunasından “peyvənd millətçiliyi” olduğunu deyib, bu hala yol verən dünya ölkələrinin  “peyvənd şovinizmi”nə son qoymalı olduğunu səsləndirib, buna son qoyulması ilə bağlı çağırışlar edib”, – deyə professor yazıda vurğulayıb.

Mənbə: Eqconews.org

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir