Dünya

Qəza enişi edən təyyarəni maşın vurdu – FOTO

Sharing is caring!

İzdihamlı yolda qəza enişi edən təyyarəni maşın vurub.

Hadisə ilə bağlı görüntüləri “Fox News” telekanalı yayımlayıb.

Məlumata görə, hadisə ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş verib.

79 yaşlı pilot Ceyms Sibelin sözlərinə görə, təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra mühərrik sönüb.

O, hava gəmisinin idarəetməsini itirib və təyyarə izdihamlı yola eniş edib. Həmin vaxt “Chevrolet Impala” markalı maşının sürücüsü gözlənilməz hadisəyə vaxtında reaksiya verə bilməyib və avtomobil laynerin qanadına çıxıb.

Qəza nəticəsində sürücü yüngül travmalarla xəstəxanaya yerləşdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir