Siyasət

2023-cü il “Heydər Əliyev İli” dir…

Sharing is caring!


17 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika sarayında keçirilən zirvə tədbirində Ulu Öndər Heydər Əliyev çıxış etmişdir. O, təntənəli mərasimdə çıxışı zamanı Azərbaycan haqqında çox dəyərli fikirlər demişdi. Heydər Əliyevin həmin nitqindən misal olaraq bu sətirləri demək olar:

“İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”.

Həqiqətən də Ulu Öndər dediyi kimi Azərbaycanın dalğalanan bayrağı heç vaxt enmədi və daha da dalğalandı. Bayrağımız artıq 30 illik həsrətində olan Qarabağımızda, işğaldan azad olunan rayonlarımızda bir daha enməmək şərtiylə dalğalanır. O bayraq həmin torpaqlarda əbədi olaraq dalğalanacaq. Bütün olanlar Ulu Öndərin miras qoyduğu siyasət sayəsində həyata keçirildi və bundan sonra da belə olaraq da qalacaq.

Reallıq budur ki, Heydər Əliyevin dediyi kimi bu gün də Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Eyni zamanda bu gün Azərbaycan öz haqq mövqeyini dünyaya çatdıra bilir. Əgər belə olmasaydı Qarabağ məsələsində Azərbaycanın haqqını tapdalamağa hazır olan bəzi dövlətlər istədiklərinə nail ola bilərdilər. Azərbaycanın dünyada olan yerini artıq heç nə dəyişə bilməyəcək. Azərbaycanımız daha da güclənəcək və qüvvətlənəcək!

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şura və İH-nin üzvü Könül İsmayılova

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir