Siyasət

Sergey Lavrov: “Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk”

Sharing is caring!

“Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.

“Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ Bəyannamədə öz əksini tapıb”, – o vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya səfəri ərəfəsində baş tutan görüşü çox səmərəli olub: “Danışıqlarımız formal deyil, praktiki xarakter daşıyıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir