Siyasət

Lavrov Azərbaycana işgüzar səfərə gəlib – VİDEO

Sharing is caring!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi axşam Azərbaycana işgüzar səfərə gəlib.

Nazirin Bakıda ölkə başçısı tərəfindən qəbul ediləcəyi, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla da danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Lavrovun səfəri ötən il fevralın 22-də imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında ikitərəfli bəyannamənin birinci ildönümünə təsadüf edir. O, respublika rəhbərliyi ilə görüşlər zamanı ikitərəfli məsələlərin bütün spektrini, aktual regional və beynəlxalq problemləri nəzərdən keçirəcək, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetirəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir