Siyasət

Britaniya səfiri: “Azərbaycan böyük yaradıcı potensiala malik ölkədir”

Sharing is caring!

“Azərbaycan böyük yaradıcı potensiala malik ölkədir”.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld British Council tərəfindən Bakıda keçirilən “Creative Spark” proqramına həsr edilmiş yekun forumda deyib.

“Azərbaycanda səfir kimi fəaliyyətimin ilk altı ayı ərzində müxtəlif sahələrdə çalışan insanlarla görüşürdüm və əminliklə deyə bilərəm ki, Azərbaycan böyük yaradıcı potensiala və istedadlara malik ölkədir”, – səfir deyib.

Səfir, həmçinin, “Creative Spark” proqramının Azərbaycanda gənclərin həyatında müsbət dəyişiklik mənbəyinə çevrildiyini və hələ də bu cür olduğunu qeyd edib. Proqram onların dünyagörüşünün genişlənməsinə, yaradıcı bacarıqlarının inkişafına səbəb olur və gənclərə beynəlxalq təhsilin köməyilə öz gələcəklərini qurmağa kömək edir.

Xatırladaq ki, “Creative Spark” ali təhsil müəssisələri üçün sahibkarlığın inkişafı üzrə beşillik proqramdır. Proqram Böyük Britaniyanın dəstəyi ilə 7 ölkədə, o cümlədən, Azərbaycanda fəaliyyət göstərir. “Creative Spark” proqramının əsas benefisiarları ali təhsil müəssisələrinin məzunları, alimlər və yeni başlayan sahibkarlardır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir