Siyasət

Ceyhun Bayramov: “Ermənistan sülh istəyirsə…”

Sharing is caring!

“1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Xocalıda soyqırımı təşkil etdi”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Nazirin sözlərinə görə, Ermənistan 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın cəbhədən uzaq ərazilərini, mülki insanlarını, mülki infrastrukturu, eləcə də Gəncə şəhərini raketlərlə atəşə tutub.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan bu gün sülh istəyirsə, təcavüzkar siyasətdən əl çəkməlidir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir