Siyasət

Baku TV-nin Ukraynadakı əməkdaşı: “Raket zərbələrindən Xersonda hər gün 2-3 mülki şəxs ölür” – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyevdə hava həyəcan siqnalı verilsə də, heç bir hücum qeydə alınmayıb.

“Lakin Ukraynanın digər bölgələrində – Donetsk, Nikolayev, Xarkov və xüsusilə Xerson vilayətində vəziyyət olduqca acınacaqlı olub. Xerson şəhərində Rusiya ordusunun raket zərbələri səngimək bilmir. Demək olar, orada hər gün ən azı 2-3 mülki şəxs həlak olur”, – deyə jurnalist əlavə edib.

M.Aslanov Rusiya-Ukrayna müharibəsinin başlandığı günlə keçən bir illik müddəti müqayisə edərək deyib ki, ukraynalılar arasında əvvəlki təşvişdən əsər-əlamət qalmayıb.

“Bir il əvvəl diversiya qruplarının bir neçə hücumundan sonra Kiyevdə marketlərin, çörək sexlərinin əksəriyyəti bağlanmışdı. Amma indi şəhərə raket hücumu təhlükəsi olmasına baxmayaraq, təşviş müşahidə olunmur. Bu da müharibənin vərdişə çevrildiyini göstərir”, – deyə o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir