Siyasət

“Cinayətkarlar himayədarlarının köməyi ilə minalama işlərini davam etdirirlər” – FOTO

Sharing is caring!

“Mina problemi hələ də qalmaqdadır. Həm 44 günlük müharibədən öncə, həm də sonra aşkar edilirlər. Cinayətkarlar himayədarlarının köməyi ilə minalama işlərini davam etdirirlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Xatırladaq ki, mina problemi insan həyatı üçün təhlükə olaraq qalır. 2020-ci ilin 10 noyabr tarixindən, yəni Qarabağ müharibəsi bitəndən bu günə qədər 282 nəfər minaların qurbanı olub. Mina partlayışları zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub.

2022-ci il avqustun 15-dən bəri 1300-dən çox piyada əleyhinə mina təkcə Laçın rayonunda tapılıb. Bundan əvvəl, 2022-ci ilin noyabrın 21-də Laçında 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina sahəsi aşkarlanıb.

Deputatın sözlərinə görə, ermənilər istehsal etdikləri minaları havadarlarının köməyi ilə işğaldan azad olunmuş torpaqlarımızda basdırırlar:

“Torpaqlarımız işğaldan azad olunandan sonra bu xain əməllərinə davam edirlər. Minatəmizləmə işləri zamanı 2021-ci il tarixli mina aşkar edilib. Bu Ermənistanın mina istehsalı ilə yenidən məşğul olduğunu göstərdi. Onlar istehsal etdikləri  minaları kimlərinsə, yardımı ilə Azərbaycanda basdırırlar. Həmin ərazilər Rusiya hərbi kontingentinin nəzarətində idi. Ermənilər həmin əraziyə sərbəst gəlib-gedir, silah-sursat daşıyırdılar. Mina problemi hələ də davam edir. 30 il müddətində bu cinayətkarlar havadarlarının istehsal etdiyi minaları daşıyırmışlar”.

E.Məmmədov qeyd edib ki, əhalinin doğma torpaqlarına qayıdışı müəyyən qrafiklə tənzimlənir:

“44 günlük müharibədən sonrakı dövrdə xeyli insan mina partlamasından dünyasını dəyişib. Həyatlarını, sağlamlıqlarını itiriblər. Tam sürətlə təhlükənin aradan qaldırılması üçün işlər gedir. Verilən saxta xəritələr mütəxəssisləri yanlış yola sala, fəlakətə apara bilər.

Minaların təmizlənməsi insanların öz doğma yurd-yuvasına qayıdışını yubadır. İlk növbədə ərazidə olan təhlükələr aradan qaldırılır. Minalar, müharibə dövründə istifadə olunub, lakin partlamamış silah-sursat, radioaktiv tullantılar yoxlanmalıdır. Zəngilanın Ağalı kəndində bu işlər görüldü, daha sonra tikinti işləri başladıldı. Hazırda Şuşa, Ağdam və Laçında bu işlər davam etdirilir. Növbə ilə bu işlər başa çatacaq”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir