Siyasət

Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilir – FOTO

Sharing is caring!

Azərbaycanın aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri Naxçıvana gediblər.

“Report”un yerli bürosu xəbər verir ki, səfərdə həmkarlar ittifaqlarını, qeyri-hökumət təşkilatlarını, media qurumlarını, ağsaqqallar və veteranlar təşkilatlarını təmsil edən 250 nəfər iştirak edir.

Məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən konfransda iştirak etməkdir.

Səfər ulu öndərin abidəsini ziyarətlə başlayıb. Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeydə nümayəndə heyətinə ümummilli liderin zəngin həyat yolu və fəaliyyəti barədə geniş məlumat verilib.

Daha sonra Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans işə başlayıb.

Konfransdan sonra qonaqlar “Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanış olacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir