Siyasət

İranın hiyləgər xisləti: Azərbaycanlılar möhtac olduğu halda qurulan “xeyriyyə” tamaşası – VİDEO

Sharing is caring!

İranın İmam Rza ziyarətgahının nəzdindəki “Astan Qüds Rəzəvi” təşkilatı Suriyada zəlzələdən əziyyət çəkən insanlara qarşı “canla-başla” xidmət göstərir.

Bunu təşkilatın sədr müavini Əmin Behnamın açıqlamalarından da anlamaq mümkündür.

Belə ki, Behnam təşkilatın Suriyada zəlzələdən zərər çəkən Hələb şəhərində yeddi gün ərzində 10 min insan üçün yemək bişirəcəyini açıqlayıb.

Təbii ki, dünyanın hər bir yerində insanlara qarşı xeyirxahlıq təqdirəlayiq hal hesab oluna bilər, ancaq bir halda ki, bu yaxşılıq sırf bəşəri dəyərlərə söykənsin.

İranla bağlı isə eyni vəziyyəti söyləmək qətiyyən mümkün deyil.

Çünki sözügedən təşkilatın öz maliyyə dəstəyini təmin etdiyi İmam Rza ziyarətgahı həmçinin hər il milyonlarla cənublu soydaşımızın xeyirxah məqsədlərlə ayırdığı vəsaitlərin toplandığı bir məkandır. Ancaq bu gün İranda zəlzələdən əziyyət çəkən çox sayda azərbaycanlı yuxarıda adı çəkilən təşkilatın qayğısından kənar qalıb. Təşkilat və buna bənzər qurumlar farsların yaşadıqları şəhərlərdə müxtəlif layihələrə maliyyə ayırmaqdan imtina etmir, həmçinin İranın guya İslam dininin hamisi rolunu oynaması imicini formalaşdırmaq üçün bu gün Suriyada olduğu kimi müxtəlif müsəlman ölkələrində süni təəssübkeşlik nümayişi həyata keçirir.

Məsələ azərbaycanlılara gəldikdə, bu vəsait və “xeyriyyə təşkilatları” qeybə çəkilirlər.

Bütün bunlardan sonra isə zəlzələdən əziyyət çəkənlərə yardım hər nə qədər təqdirəlayiq hal hesab edilsə də, İranın bu cür həssas məqamda belə iyrənc planlar və ehtirasların arxasınca qaçdığı gün kimi aydın olur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir