Siyasət

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüş olub – VİDEO

Sharing is caring!

Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri – Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze Sarıqamışda görüşüblər.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi – 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir