Siyasət

Azərbaycan Ombudsmanı İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

Sharing is caring!

Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Xodayana rəsmi məktub ünvanlayıb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məktubda Ombudsman Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını qətiyyətlə pisləyib və 1961-ci il diplomatik əlaqələrə dair Vyana və 1973-cü il “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu diqqətə çatdırıb.

Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşkilatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlər görməyə dəvət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir