Siyasət

Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib

Sharing is caring!

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.

“Report” xəbər verir ki, bu barədə Paraqvayın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb edir”, – bəyanatda qeyd olunur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs səfirliyin binasına zorla daxil olub, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Terror aktı ilə əlaqədar Azərbaycanın Tehrandakı səfirliyi fəliyyətini tamamilə dayandırıb, diplomatik korpusun əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir