Siyasət

Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pislədi – FOTO

Sharing is caring!

Fransa Senatının üzvü Natali Qule Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Bu barədə fransalı senator öz “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyirəm. Nəticədə bir nəfər həlak olub, bir neçə təhlükəsizlik əməkdaşı yaralanıb. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını diləyirəm”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir