İqtisadiyyat

İndoneziyalı iş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət ediliblər – FOTO

Sharing is caring!

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi və səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olublar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev səfirlik əməkdaşlarına ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış biznes və investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Azərbaycanla İndoneziya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Hildi Hamidi İndoneziya şirkətlərinin tikinti materiallarının istehsalı və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarında həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonda səfirlik əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Alco” MMC-nin sürtkü yağları istehsal müəssisəsində və “STP” MMC-nin Kabel zavodunda istehsal prosesi ilə tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir