Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törədilib.
Bu haqda Moderator.az -a Fəzail Ağamalı özü məlumat verib.
Aqressiv söyüş və fiziki təzyiqlərlə üzləşən Fəzail Ağamalı yüksək təmkinlik göstərərək tərəfdaşlarının köməkliyi ilə ərazini tərk etmişdir. Fəzail Ağamalının tərəfdarları və minik maşını hücumlara məruz qalmışdır.
İmişli rayonunun Məmmədli kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Əliyetməzli kənd sakini Ə.Mehdiyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, polis kəsilmiş ağacları maddi sübut kimi götürüb. Təbiətə ziyan vuran Ə.Mehdiyev barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. Xeberal.az
Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub. Yanğın fevralın 29-da saat 21:50-də (Bakı vaxtı ilə – 19:50) paytaxtdakı restoranların birində başlayıb. Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir və alovun qarşısı alınıb. Yanğının səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. Mənbə: TASS Xeberal.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz regionunun ərəb ölkələrinə turneyə çıxacaq, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində müzakirələr aparacaq. Ərdoğanın səfər zamanı qoltuğunda götürəcəyi portfel Türkiyənin birbaşa və nəzdində olan maraqlarının önəmini artırmaq mətləblərindən xəbər verir. Türkiyə xarici siyasətində genişlənən iddialarını: – Çinin Körfəz ölkələri üzrə maraqlarını böyütməsindən; – Rusiyanın Səudiyyə Ərəbistanı ilə […]