Siyasət

Sergey Markov: “Aİ missiyanın Qarabağa səfəri barədə söhbət belə gedə bilməz”

Sharing is caring!

“Avropa İttifaqının Ermənistana missiya göndərməsi ideyası daha çox bu ölkənin müttəfiqi olan Fransanın dəstəyilə reallaşdırılır”.

Bunu Baku TV-yə açıqlamasında rusiyalı politoloq Sergey Markov bildirib.

O, vurğulayıb ki, Azərbaycanın razılığı olmadan bölgəyə dəvət edilən bu missiya yalnız Ermənistanın ərazisində fəaliyyət göstərəcək.

“Bu missiyanın Qarabağa səfəri barədə söhbət belə gedə bilməz. Bunun üçün Azərbaycanın razılığı olmalıdır. Azərbaycanın razılığını qazanmaq üçün isə Aİ daha balanslaşdırılmış bəyanatlar verməli və daha neytral mövqe tutmalıdır”, – deyə Markov qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir