Siyasət

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin tarixi AÇIQLANDI

Sharing is caring!

Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) tarixi məlum olub.

“Report”un xəbərinə görə, sayca 5-ci müasir silah və texnika sərgisi 2024-cü il sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində baş tutacaq.

Sərgidə 20-dən çox ölkənin silah və texnikalarının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il keçirilən 4-cü beynəlxalq sərgidə Türkiyə, Rusiya, Belarus, Hindistan, Almaniya, İspaniya, Bolqarıstan, İsrail, İsveç, Belçika, Pakistan, Fransa, Qazaxıstan, İran, Ukrayna, Finlandiya, İordaniya, Kipr, Çin, ABŞ, İtaliya, Sinqapur şirkətləri iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir