Siyasət

Ərdoğan: “Azərbaycanla əlaqələrimiz ən yüksək səviyyəyə çatıb”

Sharing is caring!

“Azərbaycanla olan əlaqələrimiz Türkiyə tarixində ən üst səviyyəyə çatıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədəki iqamətgahında hökumətin ilin ilk iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan keçən il Türkiyənin xarici siyasətdə baş verənlərlə əlaqədar məsələlərlə bağlı danışarkən bu fikirləri səsləndirib.

O, həmçinin ölkəsinin Rusiya və Ukrayna arasında da uğurla vasitəçilik etdiyini və münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri davam etdirdiyini vurğulayıb.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir