Siyasət

Ekspert: “Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir”

Sharing is caring!

“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı sanksiyalar tətbiq etməli və bu ölkənin hakimiyyətini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə məcbur etməlidir. Ermənistan həmçinin Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsini dayandırmalıdır, çünki bu, yurdlarından qovduqları azərbaycanlıların oraya qayıtmasına mane olur”.

Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Xalid Taymur Əkrəm deyib.

Onun sözlərinə görə, bir çox ölkələr, o cümlədən Pakistan Ermənistanın üçtərəfli bəyanatları pozan hərəkətlərini birmənalı şəkildə pisləyib:

“Hesab edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı sərt tədbirlər görməlidir. İrəvanın düşmənçilik hərəkətləri və onun yeni mina tələləri yaratması bu ölkə rəhbərliyinin humanizm prinsiplərinə sadiq qalmadığının, regional sülh və təhlükəsizliyə xələl gətirdiyinin əyani təzahürüdür. Beynəlxalq birlik Ermənistan hökumətini əməllərinə görə məsuliyyətə cəlb etməli və ona qarşı sanksiyalar tətbiq etməlidir”.

Xatırladaq ki, Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib. Qeyd olunub ki, Ermənistan minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir