Siyasət

Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər – FOTO

Sharing is caring!

Dekabrın 28-də Vəkillər Kollegiyasının rəhbərliyi və vəkillər “Vəkil günü” münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və vəkillər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anılıb. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin qarşısına çələng qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Daha sonra 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini nəzərə alaraq, ulu öndərin zəngin və şərəfli ömür yolunu və çoxsaylı xidmətlərini özündə əks etdirən eksponatların qorunduğu Heydər Əliyev Mərkəzinə səfər təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir