Siyasət

Ceyhun Bayramov: “Qarabağdakı ermənilərin blokadaya alınması iddiaları həqiqəti əks etdirmir”

Sharing is caring!

“Biz bugünkü görüşdə olduqca ətraflı müzakirələr apardıq və məhsuldar görüş keçirdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

C.Bayramov xatırladıb ki, bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur:

“Bu ilin yekunlarına dair genişspektrli, çoxşaxəli söhbətlər etdik. Ölkələrimiz arasında imzalanan sənədlər yüksək səviyyədə tərtib edilib. Bu gün həmçinin Şimal-Cənub layihəsi barədə söhbətlər apardıq. Bura ilk növbədə nəqliyyat, dəmir yolu xəttinin çəkilməsi daxildir. Həmçinin, bu layihənin imkanlarının genişləndirilməsi, elektrik enerjisinin ötürülməsi və humanitar mövzularda söhbətlər apardıq”, – XİN rəhbəri əlavə edib.

Ceyhun Bayramov fikrinin davamında qeyd edib ki, Ermənistan tərəfi Moskvada planlaşdırılan görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib:

“Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı”.

Azərbaycanın xarici işlər naziri Ermənistan tərəfinin guya Qarabağda yaşayan erməni əhalinin azərbaycanlılar tərəfindən blokadaya alınması ilə bağlı dünya ictimaiyyətinə təqdim edilən xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Blokada ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Dinc etiraz aksiyası keçirən ekofəallar öz tələblərini dəqiqliklə ifadə ediblər. Belə ki, onlar ekoloji terrora qarşı olduqlarını bəyan ediblər”.

XİN rəhbəri vurğulayıb ki, təcili tibbi yardım maşınları, Rusiya sülhməramlı kontingentinin maşınları, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir