Siyasət

XİN başçısının müavini: “Terrorun heç bir əsası və izahı ola bilməz”

Sharing is caring!

Pakistanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi təşkilatın Nyu-Yorkdakı Baş Qərargahında 8-il öncə Peşəvər şəhərində “Ordu” dövlət məktəbinə edilən terror hücumu qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, anım tədbirində Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib.

F.Rzayev bildirib ki, BMT-nin Baş Qərargahında terror qurbanlarının anılması vacibdir:

“Terror qurbanları unudula bilməz. 6 dekabr 2014-cü il tarixində Peşəvərdə “Ordu” dövlət məktəbinə törədilmiş dəhşətli terror aktını ən sərt şəkildə qınadığımı vurğulayıram. Bu hücumlarda həyatını itirən qurbanları yad edir, onların ailələrinə və Pakistan xalqına başsağlığı verir və həmrəyliyimizi bildiririk”.

Diplomat deyib ki, terror təsirinə məruz qalan dövlətləri humanitar və insan hüquqları baxımından dəstəkləmək çox vacibdir:

“Azərbaycan terrorizmin bəlasını öz təcrübəsindən bilir. Mənim ölkəm dəfələrlə siyasi məqsədlərə nail olmaq üçün həyata keçirilən və minlərlə vətəndaşımızın həyatına son qoyan xaricdən terror hücumlarının hədəfinə çevrilib. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini, zorakı ekstremizmi qətiyyətlə pisləyir. Terrorun heç bir əsası və izahı ola bilməz. Terror aktlarının qarşısının alınması, terrorçuların cinayət məsuliyyətinə cəlb edilməsi bizim fərdi və kollektiv mübarizə fəaliyyətimizdə prioritet olaraq qalmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir