Siyasət

Ərdoğan: “Dostluq” yatağında türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə çıxış edib.

Türk Dövlətləri Təşkilatı ilə bağlı danışan Ərdoğan bildirib ki, müşahidəçi üzv kimi qoşulan Türkmənistanın tam üzvlük prosesinin ən qısa zamanda başa çatdırılması bizə böyük güc verəcək.

Ərdoğan Türkmənistan və Azərbaycandan Türkiyəyə elektrik enerjisinin nəqli ilə bağlı işləməyə hazır olduqlarını bildirib:

“Artıq Türkmənistan təbii qazının Qərb bazarlarına nəqli üzərində işə başlamalıyıq. Xəzərdəki “Dostluq” yatağında da türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq”.

Türkiyə lideri eyni zamanda Rusiya ilə Ukrayna arasında yaşanan hadisələrə də toxunub:

“Biz gördük ki, taxıl müqaviləsi və əsir mübadiləsi ilə diplomatiyaya fürsət verilsə, sülhə gedən yol açıla bilər”.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir