Siyasət

Moskvada Heydər Əliyevin xatirəsi anılıb – FOTO

Sharing is caring!

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Report”un verdiyi məlumata görə, tədbirdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Liberal-Demokratik partiyasının sədri Leonid Slutski, “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri, Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, Azərbaycanlı Gənclər Təşkilatının fəalları, diaspor təşkilatlarının üzvləri və Moskvada Heydər Əliyevlə birgə işləmiş sabiq silahdaşları iştirak ediblər.

Foyedə Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunub, kitablar nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu qeyd etdib ki, Heydər Əliyev hələ sovet dövründə ölkəyə rəhbərlik etməyə başlayandan sonra öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində qısa müddət ərzində Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxardıb.

P.Bülbüloğlu qonaqların diqqətinə çatdırıb ki, ümummilli lider 1993- cü ildə Azərbaycan xalqının dəvəti ilə Naxçıvandan Bakıya qayıdıb və vətəndaş müharibəsi, tamamilə dağılmaq ərəfəsində olan müstəqil Azərbaycana rəhbərlik etməyə başlayıb. Bu çətin vəziyyətdə o, böyük nüfuzu, bacarığı və təcrübəsi sayəsində çox qısa müddətdə respublikada stabilliyi bərpa edə bilib və ölkə beynəlxalq aləmdə öz layiqli yerini tutub.

“Bugünkü Azərbaycan ümummilli liderin əsəridir. Həm də o mənada ki, bu gün respublikaya uğurla rəhbərlik edən belə bir oğul böyütmüşdür”, – səfir vurğulayıb.

Səfir xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edərək, Azərbaycana Qarabağı, Vətənimizin mirvarisi olan Şuşa şəhərini qaytararaq, Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırıb, bununla da öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdib.

Tədbir çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi” kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında sözügedən kitabdan sitatlar gətirərək qonaqlara nəşrin müəllifi və onun ərsəyə gəlməsi tarixi barədə ətraflı məlumat verib.

Həmçinin qonaqlara ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir