Şou-Biznes

“Dedilər, guya mən spirtli içki içmişəm“ – Türkan Vəlizadə

Sharing is caring!

“İndi maşın idarə etmirəm, etmək fikrim də yoxdur. Çünki bir müddət əvvəl böyük qəza keçirtmişdim. Tanınmaz hala düşmüşdüm. Maşını düzgün idarə etməyəndə insan öz həyatı ilə oynayır”.

XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə bir müddət əvvəl keçirdiyi qəza ilə bağlı danışarkən deyib. ARB telekanalında yayımlanan “Bazar Düzü” proqramının qonağı olan ifaçı  telefonla oynamasının qəzaya səbəb olduğunu etiraf edib:

“Sürməyi tam bilmirdim, yaxşı öyrənmədən oturmuşdum sükan arxasına. Bir də fikrim getmişdi telefona. Hər kəsdən xahiş edirəm ki, belə etməsinlər. Qəzadan sonra dedilər, guya mən spirtli içki içmişəm. Qətiyyən belə bir şey yox idi, İçərişəhərdə bir qab şorba içib getmişdim. Qəzaya səbəb güclü yağış yağması və telefonla oynamağım idi”.

Həmin görünrüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir