Siyasət

“Siyasi partiyalar haqqında” qanun layihəsi parlamentin iclasına tövsiyə edildi

Sharing is caring!

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub.

Oxu.Az-ın məlumatına əsasən, layihənin yeni variantı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bildirək ki, qanun layihəsi Milli Məclisdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında hazırlanıb.

Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

Sənəd Azərbaycanda siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir