Siyasət

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılıb, rəhbərlər seçilib

Sharing is caring!

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılıb.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ramin Məmmədov, Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Məşhur Məmmədov, Azərbaycan-Tunis parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Ziyafət Əsgərov, Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna isə Zahid Oruc rəhbər seçilib.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir