Siyasət

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi – FOTO

Sharing is caring!

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.

“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü mübarək olsun.

2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan azad edən və bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirən qardaşlarımızla kədərli və sevincli günlərdə birlikdə olmağa davam edəcəyik”, – deyə paylaşımda qeyd edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir