Siyasət

Vüsal Qasımlı: “Yaxın 30 ildə Azərbaycanda rifah halı ən azı 40% yaxşılaşacaq”

Sharing is caring!

Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər orta statistik Azərbaycan vətəndaşının rifah halı ən azı 40%-ə qədər yaxşılaşacaq.

“Report” xəbər verir ki, bunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini icraçı direktoru Vüsal Qasımlı deyib.

“Bizim bundan sonrakı inkişafımızı sürətləndirən iki vacib amil var. Bunun birinə iqtisadçılar məcmu amil məhsuldarlığı deyirlər. Bura institutların inkişafı, texnologiyaların tətbiqi, infrastrukturun yaxşılaşdırılması, bazarlara çıxış və rəqabət mexanizminin təkmilləşdirilməsi daxildir.

İkinci vacib istiqamət isə insan kapitalıdır. Hesablamalar göstərir ki, biz məhsuldarlığın artırılması və insan kapitalının genişləndirilməsi istiqamətində islahatlarımızı indiki şəkildə davam etdirsək, bu bizə hər il iqtisadiyyatın əlavə 1,7% daha çox artmasına şərait yaradacaq.

Bu halda 2050-ci ilə qədər orta statistik Azərbaycan vətəndaşının rifah halı ən azı 40%-ə yaxşılaşacaq”, – deyə V.Qasımlı bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir