Siyasət

Paşinyan: “Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik”

Sharing is caring!

“Ermənistan ordusunda genişmiqyaslı islahatlar başlayıb və hərbi büdcənin kəskin artması da bunu sübut edir”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, 2023-cü ildə Ermənistan ordusunun müdafiə xərcləri 1,2 milyard dollar təşkil edəcək.

N. Paşinyan vurğulayıb ki, ordudakı islahatlara dair bir sıra qanunvericilik dəyişiklikləri parlamentin gündəliyində daxil edilib.

“Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz yüksək standartlara malik ordu yaratmaq niyyətindəyik”, – deyə o bildirib.

Mənbə: Sputnik Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir