Siyasət

Paşinyan sülhə Rusiyasız razılaşacaq – İDDİA + VİDEO

Sharing is caring!

Cənubi Qafqazda öz təsir gücünü itirməyə başlayan Rusiya bir vaxtlar qahmar çıxdığı ermənilərin də xəyanəti ilə üzləşib.

Vəziyyət artıq o yerə çatıb ki, Putinin həftələr öncə Qarabağ məsələsi ilə bağlı üçtərəfli görüş təklifini Ermənistan tərəfi ötən gün cavablandıraraq razılığını bildirib.

Ekspertlər hesab edirlər ki, Nikol Paşinyanı “hə” deməyə Ruben Vardanyan məcbur edib. Çünki bir müddətdir, erməni mediası baş nazirin Rusiyanın vasitəçiliyi ilə bağlı təklifinə müsbət yanaşmadığını yazırdı.

Qeyd edək ki, Azərbaycan tərəfi də hələ görüşlə bağlı yekun qərarını söyləməyib. Lakin ehtimal olunur ki, oktyabrın 31-də tərəflər arasında görüş baş tutacaq.

Xatırladaq ki, Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Azərbaycanla sülhün imzalanması ehtimalının yüksək olduğunu bildirib.

Ekspertlərin fikrincə, Qərbin maşası olan ermənilər Rusiyanın vasitəçiliyi ilə gələcək sülhə imkan verməyəcəklər.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir